UEFA Millətlər Liqası: Niderlanddan çətin qələbə, İtaliya xal itirdi

UEFA Millətlər Liqası: Niderlanddan çətin qələbə, İtaliya xal itirdi

UEFA Millətlər Liqasında I turun növbəti görüşləri keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç baş tutub.

A liqasının I qrupunda İtaliya evdə Bosniya və Herseqovinanı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Niderland isə doğma meydanda Polşaya çətinliklə qalib gəlib.

Gecənin digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb.

UEFA Millətlər Liqası

4 sentyabr

A liqası

1-ci qrup

22:45. İtaliya – Bosniya və Herseqovina 1:1

Qollar: Stefano Sensi, 67 - Edin Dzeko, 58

22:45. Niderland – Polşa 1:0

Qol: Stiven Berqveyn, 61

B liqası

1-ci qrup

22:45. Norveç - Avstriya 1:2

Qollar: Erlinq Holann, 66 - Mixael Qreqoriç, 35, Marsel Zabitser, 54 (penalti)

22:45. Rumıniya – Şimali İrlandiya 1:1

Qollar: Corce Puşkaş, 25 - Qevin Uayt, 86

Qırmızı vərəqə: Corc Madcennis, 39

2-ci qrup

22:45. Şotlandiya - İsrail 1:1

Qollar: Rayan Kristi, 45 - Eran Zahavi, 73

22:45. Slovakiya – Çexiya 1:3

Qollar: İvan Şrants, 88 - Vladimir Tsoufal, 48, Borjek Doçkal, 53 (pen.), Mixael Krmençik, 86

C liqası

4-cü qrup

20:00. Litva - Qazaxıstan 0:2

Qollar: Bəxtiyar Zaynutdinov, 3, İslambek Kuat, 86

22:45. Belarus - Albaniya 0:2

Qollar: Sokol Çikalleşi, 23, Keidi Bare, 79

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...