Bölgələrə sərnişin daşıyan avtobuslarda daha sıx qrafik tətbiq ediləcək

Bölgələrə sərnişin daşıyan avtobuslarda daha sıx qrafik tətbiq ediləcək
Bu ilin mart ayından etibarən şəhərlərarası və rayonlararası sərnişindaşıma ilə bağlı tətbiq edilən məhdudiyyət öz qüvvəsində qalır. Sentyabrın 8-dən etibarən regionlara gediş-gəliş məhdudiyyətinin aradan qaldırılması ilə əlaqədar olaraq (şəxsi minik avtomobilləri ilə) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti regionlarda gücləndirilmiş iş rejimi elan edib.

Bu barədə "Report"a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

Bununla əlaqədar olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib. Şəki, Zaqatala, Qax, Qəbələ, Lənkəran, Masallı, Quba, Qusar, İsmayıllı və Şamaxıda sentyabrın 8-dən avtobuslarla daha sıx qrafiklə xidmət göstəriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...