“WhatsApp”a tətbiqi bloklayan mesajlar gəlməyə başlayıb - XƏBƏRDARLIQ

“WhatsApp”a tətbiqi bloklayan mesajlar gəlməyə başlayıb -

“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.

Bu barədə “WABetainfo” xəbər yayıb.

Bildirilir ki, bu cür mesajlarda “WhatsApp”ın işləyə bilmədiyi simvollar olur.

İstifadəçi telefonda mətni açmağa çalışarsa, tətbiq bloka düşür. Onun işləməsi isə ancaq yenidən quraşdırılma ilə mümkündür.

Belə bir riskin qarşısını almaq və zərərli mətnlərdən qorunmaq üçün istifadəçilərə “Ayarlar”a keçmək və “kontaktda olmayan şəxslərin qrup söhbətlərinə əlavə etməsinə qadağa qoymaq” tövsiyə olunur.

Bu sayədə istifadəçilər fırıldaqçılığın qurbanı olmaqdan qoruna bilərlər.

İsmarıc artıq telefona gəlibsə “WhatsApp”ın kompyuterdə veb-versiyasından istifadə etməklə mətni silmək məsləhət görülür.

Messencer nümayəndələri bu “baq”ın tətbiqin yaxın günlərdə gözlənilən yenilənməsində həll ediləcəyini bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...