Azərbaycanda 46 yaşlı şəxs universitetə qəbul oldu

Azərbaycanda 46 yaşlı şəxs universitetə qəbul oldu

Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50 tələbədən biri 46 yaşlı Sarxan Mikayılovdur.

Pravda.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, 1974-cü il təvəllüdlü Sarxan Mikayılov tələbə yoldaşlarının hamısından yaşca böyükdür. 24 il sonra yenidən təhsil almaq istəyinə səbəb çox sürətlə inkişaf edən elmi texniki tərəqqi və daimi dəyişən dünya reallıqları ilə ayaqlaşmaq istəyidir. O hesab edir ki, müasir insan yaşından asılı olmayaraq, öz üzərində işləməli, biliklərini təkmilləşdirməli, lazım gəldikdə yeni biliklərə yiyələnməkdən çəkinməməlidir.

1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsini qırmızı diplomla bitirən S.Mikayılov hazırda sığorta şirkətlərinin birində Aktuar departamentin direktoru – Məsul aktuari vəzifəsində çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...