Norveçdə yanğın baş verdiyi LNG müəssisəsi bağlanıb

Norveçdə yanğın baş verdiyi LNG müəssisəsi bağlanıb
Norveçin Melkoya adasında yerləşən, sentyabrın 28-də yanğın baş verdiyi “Hammerfest” LNG müəssisəsi gələn ilin oktyabr ayından fəaliyyətini bərpa edəcək.

“Report” xəbər verir ki, müəssisənin sahibi “Equinor” (keçmiş “Statoil”) şirkətinin açıqlamasında yanğın söndürülərkən dəniz suyunun təsirilə elektrik naqillər və avadanlıq da daxil olmaqla bəzi sistemlərin sıradan çıxdığı bildirilir.

“Hazırkı məqam üçün ən nikbin ehtimalımıza görə, “Hammersfelt”in işə salınması üçün 2021-ci il oktyabrın 1-dək vaxt lazım ola bilər”, – müəssisənin direktoru Andreas Sandvik deyib.

O, bu müddət ərzində həmçinin cari təmir və texniki xidmət işlərinin də görüləcəyini diqqətə çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...