Paşinyanın həyat yoldaşı “COVID-19” üçün ayrılan pula silah alır? – "Hraparak" qəzeti
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın rəhbərlik etdiyi "Mənim Addımım" fondu Qarabağa kömək üçün cəbhəyə nə qədər pul köçürüldüyünü açıqlamaq istəmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.
Fondun ictimaiyyətlə əlaqələr üzrə meneceri Arevik Avetisyan “Hraparak" qəzetinin sorğusuna cavab olaraq bildirib ki, bu barədə heç bir rəqəm açıqlamayacaqlar: “Fond yalnız donorlar qarşısında cavabdehdir. İndiki məqamda edilən yardımlarla bağlı ictimaiyyətə məlumat verməyəcəyik”.
"Hraparak" qəzeti yazır ki, fondların hesabat verməsi qanunun məcburi tələbidir və vətəndaşlar Baş nazirin həyat yoldaşının aldığı pulu nəyə xərclədiyini bilmək hüququna malikdirlər.
"Hraparak" qəzeti qeyd edir ki, bir neçə gün əvvəl ABŞ-da yaşayan erməni əsilli iş adamı George Baghumyan Anna Akopyanın rəhbərlik etdiyi fonda “COVID-19” ilə mübarizə aparmaq üçün yaradılmış fonda bir milyon dollar bağışlayıb.
“Lakin, fond xərclərlə bağlı hesabat açıqlamadığı üçün bu vəsaitin silah almaq üçün xərclənib-xərclənmədiyi bilinmir”, - deyə "Hraparak" qəzeti bildirib.
593 dəfə oxundu