Fransa yenidən sərt karantin rejiminə qayıdır

Fransa yenidən sərt karantin rejiminə qayıdır

Fransada 30 oktyabrdan başlayaraq koronavirus infeksiyası hallarının artması ilə əlaqədar yenidən karantin rejimi tətbiq edilib.

TASS agentliyi xəbər verir ki, Paris sakinləri məhdudlaşdırıcı tədbirlərin qüvvəyə minməsindən bir neçə saat əvvəl kütləvi şəkildə şəhəri tərk etməyə başlayıblar.

Bu səbəbdən karantinin başlamağına bir neçə saat qalmış Paris şəhərinin çıxışında uzunluğu kilometrlərlə ölçülən tıxac yaranıb.

Hökumət qurumları bütün restoranların, barların, bəzi mağazaların bağlanmasına əmr verərək bildiriblər ki, pandemiya səbəbi ilə onsuz da ağır itkilərlə üzləşən sahibkarlara dövlət tərəfindən yardım olunacaq, işsiz qalanlara müavinət veriləcək.

Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merinin sözlərinə görə, ölkədə 200 mindən çox mağaza karantinə görə bağlanacaq.

“Bu, bütün ticarət müəssisələri üçün ağır zərbədir”, - deyə fransalı nazir etiraf edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...