Azərbaycan bu il 9 milyon dollarlıq karbamid ixrac edib

Azərbaycan bu il 9 milyon dollarlıq karbamid ixrac edib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 61,3 min ton azot gübrəsi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 aylıq ixracın dəyəri 9,15 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 0,6 % paya malik olub.

Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...