Bakıda qəzalı vəziyyətdəki yaşayış binaları söküləcək

Bakıda qəzalı vəziyyətdəki yaşayış binaları söküləcək

Sabunçu Rayonu İcra Hakimiyyəti Bakının Ramana qəsəbəsindəki qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi üçün açıq tender elan edib.

Report xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 7-si, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1 faizi qədər bank təminatını isə dekabrın 15-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi dekabrın 16-da, 12:00-da portalda açıqlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...