Səməndər Rzayevin oğlu niyə intihar edib ?

Səməndər Rzayevin oğlu niyə intihar edib ?
“Rəşid sakit təbiətli bir insan idi. Son illər ona qarşı da çox haqsızlıqlar oldu. Sənətdə heç bir iz qoya bilməyənlərin oyununun felinə düşmüşdü. Sonu da intihar oldu.Yaşadığı binadan özünü atdı. Bu xəbər məni çox sarsıtdı”.

Bu sözləri Moderator.Az-a açıqlamasında tanınmış teatrşünas-tənqidçi Anar Bürcəliyev aktyor Səməndər Rzayevin oğlu Rəşid Səməndər haqda danışarkən bildirib. O Rəşidlə tələbələlik illərindən tanış olduğunu deyib.

“Bacısı, tələbə yoldaşım Rübabə xanımla danışdım. Bilmirəm əziz bacım Rübabəyə necə başsağlığı verdim. Sözümü belə deyə bilmirdim. Rəşid bizdən bir kurs aşağıda, Mədəniyyət və İncəsənət Universitetinin “Aktyorluq” fakültəsində təhsil alırdı. Demək olar ki, hər günümüz bir yerdə keçirdi. Çox dəyərli bir aktyor dostumuzu itirdik” deyə Anar Bürcəliyev bildirib.


Səməndər Rzayevin oğlu niyə intihar edib ?
Səməndər Rzayevin oğlu niyə intihar edib ?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...