Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı

 Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı
Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı Fəridə Məmmədovanın sahibi olduğu moda evi fəaliyyətini dayandırıb.

“MediaPost”un araşdırmasına görə, Fəridə Məmmədovanın iştirakı ilə 2016-cı ilin aprel ayında Bakı şəhəri, Rəsul Rza küçəsi 3/5a ünvanında təmtəraqla açılışı olmuş “NAZ Couture” moda evi bağlanıb.

Artıq sözügedən ünvanda geyim mağazası fəaliyət göstərir.

Modalar evinə məxsus telefonlar da söndürülüb və şirkətin rəsmi saytı isə aylardır yenilənmir.

Qeyd edək ki, o, sabiq Kənd Təsərrüfatı naziri və hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun qızıdır. Fəridə Məmmədova bir vaxtlar təqdim etdiyi geyimlərə görə Türkiyədə məşhurlaşmışdı.


Aşağıda təqdim etdiyimiz görüntülər 2016-cı ildə modalar evinin açılışındandır.


 Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı
 Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı
 Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...