Azərbaycanda nikahlar azalıb - RƏSMİ

Azərbaycanda nikahlar azalıb -
2020-ci ilin əvvəlindən 1 dekabradək Azərbaycanda 32.656 nikah qeydə alınıb. Bu barədə Ədliyyə Nazirliyindən (ƏN) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Rəsmi məlumata görə, cari ildə qeydə alınan nikahların ən çoxu yanvar ayına təsadüf edir.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 58 317 nikah qeydə alınıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin martından etibarən Azərbaycanda toyların keçirilməsi qadağan olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...