Baş redaktor süni nəfəs aparatına qoşulub - Ciyərləri çalışmır

Baş redaktor süni nəfəs aparatına qoşulub -


Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun vəziyyəti stabil ağır olaraq qalır.

Yenisabah.az-ın məlumatına görə, baş redkatorun müalicə olunduğu klinikadan bildirilib ki, R. Hafizoğlu süni nəfəs aparatına qoşulub: "Vəziyyəti stabil ağır olaraq qalır, saturasiyası az olmaqda davam edir. Hazırda saturasiyası 60 faiz oksigenlə 91 faizdir. Bugün hərarəti olmayıb, təzyiqi normaldır. Əsas problem hazırda ciyərlərinin çalışmamasıdır. Müalicəsi intensiv davam etdirilir".

Xatırladaq ki, Rufiz Hafizoğlu bir-neçə gün əvvəl koronavirus infeksiyasına yoluxub. Vəziyyəti ağır olan baş redaktor "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...