Üç jurnalistə “Qubadlının azad olunmasına görə” medalı verildi

Üç jurnalistə “Qubadlının azad olunmasına görə” medalı verildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncama əsasən, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş üç jurnalist “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Bunlar “Kaspi” qəzetinin baş redaktor müavini, baş leytenant Məğrur Əliyev, “Azərbaycan” qəzetinin parlament müxbiri, leytenant Rəşad Baxşəliyev və Cumhuriyyet.az saytının rəhbəri, baş leytenant Nəsimi Şərəfxanlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...