Azərbaycanda məşhur aparıcı koronavirusa yoluxdu
Aparıcı Vüsalə Əlizadə artıq bir neçə gündür "7 Canlı" proqramından gedib. Verilişdə onu aparıcı Günay Firudinqızı əvəz edir.
Yenisabah.az xəbər verir ki, aparıcı efirə çıxmamasının səbəbini açıqlayıb. O bildirib ki, koronavirusa yoluxub. Vüsalə bununla bağlı İnstaqram hesabında paylaşım edərək, səhhətinin yaxşı olduğunu deyib:
"Çox təəssüf ki, özümü qorusam da, mən də dünyanı cənginə alan sağlamlıq müharibəsinin iştirakçısı oldum. Haradan, kimdən, necə gəldiyi bəlli deyil! Hər dəfə efirdə də deyirdim ki, bu virusa yoluxmaq oğurluq, əyrilik deyil.
Bütün dünya - varlı, kasıb, məşhur, bir sözlə hamı yoluxur və yoluxacaq. İki həftədir işdə deyiləm, qaydalara görə karantində olmalı idim, oldum da.
Artıq heç kim üçün bu qeyri-adi hadisə deyil, hamımız vəziyyətə öyrəşdik və adi hal kimi qəbul etdik. Şişirdiləcək heç nə yoxdur. Şükürlər olsun ki, özümü yaxşı hiss edirəm və bu halı pozitiv qarşıladım, belə də bitirdik.
Mənə görə narahat olub yazan, zəng edən, axtaran bütün dəyərli dost, tanış və izləyicilərimə var olun deyirəm.
Özünüzü qoruyun, Allaha əmanət olun".
564 dəfə oxundu