20 Yanvar hadisələrində şəhid olan insanların ailələri və əlillərlə görüş keçirildi - FOTOLAR
20 Yanvar hadisələrində şəhid olan insanların ailələri və əlillərlə görüş keçirildi
Gundeminfo.az xəbər verir ki, bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon ərazisində yaşayan 20 Yanvar hadisələri zamanı şəhid olan şəxslərin ailə üzvləri və yaralanan sakinlərlə görüşüb. Görüş iştirakçıları əvvəlcə Xırdalan şəhərində vətən uğrunda canından keçən soydaşlarımızın əziz xatirəsinə ucaldılan Şəhidlər Abidəsinə gedərək önünə tər çiçəklər düzüb, şəhidləri ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı faciə haqqında danışaraq bildirib ki, 31 il öncə Azərbaycan xalqı öz iradəsini, əzmini, qorxmazlığını bütün dünyaya növbəti dəfə göstərdi. Topun, tüfəngin qarşısına əliyalın çıxan mərd bacı və qardaşlarımız heç bir gücün qarşısında susmayacağını, azadlıq səsini bütün bəşəriyyətə çatdıracağını bəyan etdi. Bütün təxribatlara, təzyiqlərə və qırğınlara baxmayaraq xalqımız öz müstəqilliyi, azadlığı yolundan dönmədi və birliyini, istiqlaliyyət eşqini ortaya qoyaraq müstəqillik əldə etdi. Bu faciənin qurbanlarının unudulmadığını, hər il minlərlə insanın Şəhidlər Xiyabanına yürüş etdiyini xatırladan icra başçısı 20 Yanvar hadisələrinin bir daha baş verməməsi üçün xalqımızın bir olması və öz düşmənlərinə qarşı dünya azərbaycanlılarının birgə mübarizə aparmasının vacibliyini qeyd edib.
Daha sonra 20 Yanvar Cəmiyyətinin Abşeron Rayon Təşkilatının sədri Eyşan İsgəndərov, şəhid ailələri və əlillər çıxış edərək dövlətimizin müstəqilliyinin hər bir nüansdan üstün olduğunu, vətən üçün ölməyin şərəf gətirdiyini qeyd ediblər. Onlar Azərbaycanda dövlət səviyyəsində şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər
Sonda 20 Yanvar hadisələri zamanı şəhid olan insanların ailələrinə və əlillərinə yardım göstərilib
698 dəfə oxundu