"Qismət olsa Azərbaycana gedəcəyəm" - Mesut Özil

"Qismət olsa Azərbaycana gedəcəyəm" -
Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özil İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə münasibət bildirib.

"Report" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə təqdimat mərasimində açıqlama verib.

"Məni dəstəklədikləri üçün təşəkkür edirəm. Qismət olursa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görmüş olaram".

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...