Pərnisə Əsgərova işdən çıxarılıb?

Pərnisə Əsgərova işdən çıxarılıb?
Sosial şəbəkələrdə Bakı Atatürk Liseyinin rəsm müəllimi, aktivist Pərnisə Əsgərovanın çəkdiyi portretlərin məzmununa görə işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, P. Əsgərova öz feysbuk səhifəsində paylaşım edərək Məhəmməd Əmin Rəsulzadənin portretini çəkdiyi üçün ona olan münasibətin dəyişdiyini iddia edib. Onun sözlərinə görə, 28 mayda yayımlanan Rəsulzadə klipindən sonra iyunda işdən çıxarılmağı ilə bağlı təlimatlandırılıb. Müəllim qeyd edib ki, maaşı da sürətlə azaldılıb və o həvəslə çalışdığı iş yerindən ayrılmağa məcbur olub.

Sözügedən məsələ ilə bağlı Bakı Atatürk Liseyi ilə əlaqə saxladıq. Liseydən P. Əsgərovanın işdən azad olunmadığını, hazırda məktəbdə fəaliyyətini davam etdirdiyini dedilər. Həmçinin bildirildi ki, bu məsələ ilə bağlı lisey tərəfindən geniş məlumat yayımlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
658 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...