Günel Gözəlova nazirlikdəki işindən ayrıldı

Günel Gözəlova nazirlikdəki işindən ayrıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova işdən çıxıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

"Əziz dostlarım, həmkarlarım!

Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!", - deyə sözçü qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...