Ukraynadan gətirilən soğan yararsız çıxdı

Ukraynadan gətirilən soğan yararsız çıxdı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ukraynada “ALİKEND” özəl müəssisəsi tərəfindən istehsal olunan və "İMPORT TRADE AZ" MMC tərəfindən ölkəmizə idxal edilən 20.51 ton soğan məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.

Agentlikdən Modern.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində nitratın kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür
.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...