“Qazilər sənəd almaq üçün gedib-gəlməli deyillər” - DEPUTAT

“Qazilər sənəd almaq üçün gedib-gəlməli deyillər” -

Nigar Arpadarai: “Qazilər müəyyən müəsəssilərdə kağız almaq üçün növbəyə dururlar”. “Təəssüflə bildirmək istəyirəm ki, Vətən müharibəsində yaralanmış qazilər müəyyən müəsəssilərdə kağız almaq üçün növbəyə dururlar”.

AYNA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin iclasında deputat Nigar Arpadarai deyib.

Millət vəkili qeyd edib ki, qazilər sənədləşmə işində çətinliklər çəkirlər: “Qurumlar işini prosedura uyğun qurublar. İndiki halda isə bunu sistem halına salmalıyıq. Yaralalılarımız bilməlidir ki, dövlət onların qayğısına qalır. Bu məqsədlə “ASAN xidmət” modeli yaradılmalıdır. Onlar sənədləri almaq üçün dəfələrlə gedib-gəlməli deyillər. Bizim kifayət qədər könüllülərimiz var. Onlar sənədləri aparıb qazilərimizə evlərində də verə bilərlər. Hesab edirəm ki, bu məsələ tezliklə həllini tapmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...