Bu VPN-lərdən istifadə edənlərə PİS XƏBƏR

Bu VPN-lərdən istifadə edənlərə

Rusiyanın "Kommersant" nəşrinin yaydığı məlumata görə, pulsuz VPN işlədən 21 milyondan çox istifadəçinin şəxsi məlumatları internetə sızıb.

Unikal.org xəbər verir ki, söhbət "Android" əməliyyat sistemi üçün nəzərdə tutulan "Super VPN", "Gecko VPN" və "Chat VPN"lərdən gedir.

Telefona VPN yükləyərkən tətbiq istifadə üçün bəzi icazələr istəyir ki, bu da cihazdan şəxsi məlumatların ələ keçirilməsini asanlaşdırır. Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə sentyabrın 27-dən noyabrın 12-dək internetin fəaliyyətində məhdudiyyətlər və fasilələr tətbiq edildiyindən minlərlə smartfon istifadəçisi pulsuz VPN proqramlarından istifadə edirdi. Bu isə həmin şəxslərin də şəxsi məlumatlarının oğurlanması riskini artırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
970 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...