Rusiyada "Twitter" bloklana bilər

Rusiyada "Twitter" bloklana bilər

"Twitter" sosial şəbəkəsi qadağan olunan məlumatları silmədiyi təqdirdə, Rusiya ərazisində bloklana bilər.

"APA-Economics" xəbər verir ki, bunu TASS-a Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarəti üzrə Federal Xidmətin ("Roskomnadzor") müdirinin müavini Vadim Subbotin deyib.

Onun sözlərinə görə, bir ay ərzində “Twitter” tərəfindən məsələyə reaksiya verilməsə, müvafiq tədbirlər görüləcək.

"“Twitter” "Roskomnadzor"un, Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirmədiyi təqdirdə, xidmətin Rusiya ərazisində tamamilə bloklanması məsələsini nəzərdən keçirəcəyik", - deyə V. Subbotin qeyd edib.

O həmçinin əlavə edib ki, şirkət bütün tələbləri yerinə yetirərsə, ona qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...