Nazir: “Dərsliklər yeni model əsasında hazırlanacaq”

Nazir: “Dərsliklər yeni model əsasında hazırlanacaq”

“Çantaların ağırlığı ilə bağlı həll yolu artıq tapılıb. Bu il ilk dəfə birinci siniflər üçün dərsliklər iki yarımil üzrə ayrı-ayrılıqda çap edilib. İnanırıq ki, bu, çantanın ağırlığını əsaslı şəkildə azaldacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, növbəti ildə ikinci, üçüncü sinifdən, ən azı ibtidai təhsildə bütün dərsliklərin hazırlanmasını bu modelə keçirməyi düşünürük:

“Valideynlərdən xahiş edirəm ki, övladlarının məktəb çantalarını bəzi hallarda lazımsız əşyalarla yükləməsinlər. Valideynlər məktəblə qarşılıqlı şəkildə əməkdaşlıq etməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...