“Dördüncü və beşinci dalğa da olacaq“ - Rəşid Mahmudov

“Dördüncü və beşinci dalğa da olacaq“ -

Hazırda dünyanın bir sıra ölkələri koronavirus pandemiyasının üçüncü dalğasını yaşadıqlarını elan edir.

Digər tərəfdən isə virusun yeni qorxulu ştamının sürətlə yayıldığı haqda xəbərlər yayılır. Hal-hazırda COVID-19 virusunun 200-dən artıq mutasiya keçirmiş ştammları aşkarlanıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov qeyd edib ki, zamanla belə dalğavari yoluxmalar koronaviruslara və eləcə də COVID-19 virusuna xasdır:

“Bilirsiniz ki, bu virus mutasiyaya uğrayır. Onlar bir formada qalmır, quruluşunu dəyişib başqa formada özünü biruzə verir. Bir müddət əvvəl İngiltərə kraliçası İkinci Elizabet çıxıb açıqlama verib dedi ki, koronavirus beş dəfə hücum edəcək. Yoluxma dalğalarını onlar özləri idarə edirlər, bu həm siyasətdir, həm də xəstəlikdir. Kraliça düz deyir, bu hələ virusun üçüncü dalğasıdır, bundan sonra dörd və beşinci dalğalar da olacaq. Onun sözlərinə görə bu virus hələ 2023-cü ilə qədər davam edəcək. Özünüz bilirsiniz ki, dünyanı idarə edən onlardır. Bu süni hazırlanmış bir virusdur. COVİD-19 adlı virus dünyada yox idi, koronavirun altı növü var idi, bu isə yeddincidir. Özləri yaradıblar, çinlilər də bu dünyaya salıb, nə hoqqadır anlamıram. Amma virus davam edəcək, modifikasiya edib başqa formada qarşımıza çıxacaq”.

Müsahibimiz COVID-19 əleyhinə vurulan peyvəndlərin virusun yayılmasında təsirsiz ola biləcəyini qeyd edib:

“Ehtimal var ki, vurulan vaksinlər heç bir təsir göstərməsin. Hər dəfə yeni vaksin hazırlamaq isə illər ala bilər, bunu etmək çox çətindir. Koronavirus bir amin turşu qalığından ibarətdir. Hüceyrənin içərisində yaşayır, nüvə ilə qidalanır. Hüceyrənin nüvəsinə girir, amma özünün də 40 geni var. Bütün viruslarla onu qarışdırıblar, hamısını da öldürüb və onun genlərini özünə çəkib. İndi 40 genə qarşı necə mübarizə aparmaq olar? Gərək 40 cür vaksin yaradasan, bu isə çox çətindir”.

R.Mahmudov Azərbaycanda üçüncü dalğanın olacağı ehtimalına da münasibət bildirib:

“Azərbaycanda da üçüncü dalğa gözlənilir. Bu tək ölkəmizdə deyil, bütün dünyada gözlənilir. Nəinki üç, beşinci dalğa da gözlənilir. Bütün dünyanı bununla sıfırlamaq istədikləri ehtimalı da var. Dünya əhalisinin sayının 2 milyarda salınması gözlənilir. Hazırda 6-7 milyard əhali var və bunun azalmasını istəyirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...