10 dəqiqə meydanda qalan Mahir Emrelinin zədəsi ciddidir

10 dəqiqə meydanda qalan Mahir Emrelinin zədəsi ciddidir

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya komandası ilə oyunda zədələnmiş millimizin futbolçusu Mahir Emrelinin sağlamlıq durumuna aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, “Qarabağ”ın hücumçusu bu gün tibbi müayinədən keçib.

Milli komanda həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunduqdan sonra Mahirin sağ bud nahiyəsində arxa əzələnin ikinci dərəcəli hissəvi yırtılması aşkarlanıb.

Həkimlərin ilkin diaqnozuna görə Mahir Emreli üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Mahir Emreli 69-cu dəqiqədə meydana daxil olsa da, cəmi 10 dəqiqə meydanda qala bilib. O zədələnərək yerini “Qarabağ”dakı komanda yoldaşı Elvin Cəfərquliyevə verməli olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...