Nuridə Allahyarova “Space” TV-də veriliş aparacaq

Nuridə Allahyarova “Space” TV-də veriliş aparacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova "Space" TV-də veriliş aparacaq.

Modern.az xəbər verir ki, N.Allahyarova bununla bağlı sosial şəbəkələrdə status yazıb:

”Əziz dostlar, dəyərli həmkarlar! Bu gün saat 21:30-da mənim təqdimatımda "Prezident vaxtı" verlişinin ilk buraxılışı efirə gedəcək. Ölkə başçısının həftə ərzində keçirdiyi görüşlər, imzaladığı fərman və sərəncamların təqdimatı siz də qəbul edərsiniz ki, böyük məsuliyyətdir. Bu məsuliyyətin verdiyi qüruru sizinlə bölüşmək istədim. Hər həftə qismət olsa #Space kanalında görüşəcəyik. Verlişin formatı həm də televiziya məkanımızda bir ilk olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...