"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir - FOTOLAR

"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -

Bütün sahələrdə həmrəy və qardaş olan Azərbaycan və Türkiyə münasibətləri elim və tədris sahəsində də böyük uğurlara nail olub.

Qeyd olunan müştərək dostluq uğurlu layihələrindən 2021-ci il fevral ayından başlayan "Çocuk Kitap Yazar" layihəsidir. Bu gün 24.04.2021 ci ildə baş tutmuş onlayn konfrans tədbirində layihənin məğzi açıqlanmıb.

Layihənin ortaq qurucularından Rəxşəndə Məmmədovanın gündeminfo.az-a verilən məlumata görə bu layihədə kitaba olan sevgini artırmaq, kitab oxumağı vərdiş halına gətirmək məqsədilə yaradılmışdır. Uğurlu layihədə qardaş ölkə Türkiyə də olmaqla 11 müəllim iştirak edir. "Çocuk Kitap Yazar" layihəsi Ankaradan Yahya Kemal Ortaokulundan Hatice Üstündağ (qurucu),Mimar Sinan Ortaokulundan Özlem Demirci (qurucu),Şirin Ural, Mersindən Ahi Evran İmam Hatip Ortaokulundan Aslı Gültekin, Bursadan Şehit Piyade Er Rahim Keskin Ortaokulundan Seval Aras, Ordudan Dr. Mehmet Hilmi Güler Bilim ve Sanat Merkezinden Betül Tepe, Azərbaycandan 259 nömrəli tam orta məktəbdən Pərvanə Qarayeva, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyindən Rəxşəndə Məmmədova, Samsundan Büyüklü İmam Hatip Ortaokulundan Büşra Şenel, Büyüklü Ortaokulundan Pınar Ergün, Kocaelidən Akçakoca Anadolu İmam Hatip Ortaokulundan Rabia Gül Akçay müəllimlərimizin şagirdlərilə birlikdə həyata keçirdiyi eTwinning layihəsidir. Layihədə hər ay bir kitab oxunur, sonra həmin kitab müəllifləri ilə görüş keçiririk. Bu müddət ərzində şagirdlərimiz Şöhret Doğruyol Sağbaşın "Ütopyaya Yolculuk", Mavisel Yenerin "Sonsuzluk Kütüphanesi" kitablarını oxuyub. Onlar bu kitabları yalnız oxumaqla kifayətlənməyib onlara aid oyun oynayır, kitab üzlüyü, kitab içliyi,kukla da hazırlayırlar. Bunları hazırlayarkən həm öz əl işlərini, həm də Web 2.0 alətlərindən istifadə bacarıqlarını nümayiş etdirmiş olurlar. Onlayn konfransda hər iki ölkədən çoxlu qonaqlar iştirak etmişdir və tədbir haqqında görülmüş işlər haqqında çıxşlar etmişdir.
Onu da qeyd edək ki tədbir iştirakçıları 23 nisan çocuk bayramı ilə üst üstə düşdüyünə görə bu münasibət ilə uşaqları da təbrik elədilər.

Onlayn konfrans tədbiri ilk olaraq Azərbaycan və Türkiyə milli musiqiləri ilə başladı
Tədbirin qurucularından Seval Aras qonaqları salamladı və açılışı elan etdi. Tədbir iki hissədən ibarət olunmuşdu. İlk hissə rəsmi hissə olaraq qeyd olunur .

İkinci hissə isə qeyri rəsmi olan hissədi. İkinci hissədə söz Azərbaycan və Türkiyə şagirdlərinə verildi daha maraqlı olanı uşaqlar musiqi və şeir ilə tamaşaçıları feyzab etmiş oldu.

Açılışda Seval Aras layihə haqqında məlumat verdi yuxarda qeyd edildiyi kimi əsasən bu layihə çərçivəsində uşaqlara kitab oxumağı aşılamaq vərdiş halına salmaq və yazarlar ilə yaxından tanış etməkdir deyərək qeyd etmiş oldu və layihənin təqdimat çarxı təqdim olundu.

İlk söz Ordadan Onur Bakyür çıxış etdi, çıxışında qonaqları salamladı və Azərbaycandan olan qardaşlara salamını bildirdi. Onur bəyin qeyd etdiyi kimi 23 nisan çocuk bayramı gününə düşdüyünə görə hər iki xalqın çocuklarını bayram münasibətilə təbrik etdi. Qeyd etdiyi kimi bu kimi tədbirlər Azərbaycan və Türkiyə uşaqlarının birlik olmasında bir olmasında çox böyük önəmi vardır.

Tədbirdə söz Azərbaycandan 259 saylı məktəbin müəllimi Hidayətova Təranəyı verildi. Təranə xanım qonaqları salamladı və bu tədbirin iki xalq arasında olan əhəmiyyətli nəticələrindən danışdı.
Davam olaraq təhsil nazirliyinin əməkdaşı Bədəlov Natavana da söz verildi. İki tarixi qardaşlıq bağları olan Azərbaycan və Türkiyə münasibətlərindən danışdı bu ənənələrin davamı gələcək nəsillərə ötürmək bu kimi layihələrdə düz yolda olduğunun sübutudur deyərək qeyd etdi.

Türkiyə dən iştirakçılardan Ankaradan Esma Güllü, Bursadan Feride Basak Basar. Mersin dən Bircan Keles, Orda dan Burçak Özyurt və Samsundan Cihan Kocaman bəy lərə söz verildi. Onlarda ilk olaraq 23 nisan uşaq bayramı münasibəti ilə uşaqlarımızı təbrik etdilər bu tədbirin və layihənin uğurları haqqında danışdılar.
Sonra söz Azərbaycan təhsil nazirliyinin təhsil eksperti Kamran Əsədova söz verildi.
Kamran bəy də tədbir iştirakçılarını salamladı təşəkkürünü layihəyə dəvətinə görə təşəkkürünü bildirdi.

Həqiqətəndə kitab oxumağın uşaqların şəxsiyyət kimi yetişməsində rolundan danışdı. İkinci Qarabağ döyüşündən və bu döyüşdə uşaqların vəziyyəti haqqında məlumat verdi. Azərbaycan və Türkiyə uşaqlarını bütöv Azərbaycan ərazisinin bərqərar olması münasibəti ilə təbrik etdi. Torpaqlarımızın geri alınmasında Türkiyə qardaşlığının mənəvi dəstəyindən danışdı. Və tədbir iştirakçıları ilə sağollaşdı.

Tədbirin ikinci hissəsində söz uşaqlara verildi

Uşaqlar öz sözlərini rəngarəng milli musiqiləri ilə və şeirlıri ilə davam etdilər.
Son olaraq tədbirin ortaq qurucularından Rəxşəndə Məmmədovaya söz verildi, o da öz növbəsində tədbirin maraqlı keçməsində əziyyəti olan iştirakçılara təşəkkürünü bildirdi sözü filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarova verdi.
Muxtar müəllimdə iştirakçıları salamladı və tədbirin məğzi olan uşaqları kitab oxumağa həvəsləndirmək layihəsini alqışladı və onu da qeyd etdi ki bizim ulularımız şəxsiyyətin inkişafında kitabın roluna önəm vermişdilər və ona görə də mədəniyyətin və inkişafın şərqdən gəldiyini qeyd etmişdi.

Əlimuxtar müəllim son olaraq sözünü Nizami Gəncəvinin bir beyti ilə tamamladı:

Dünyanın nə qədər kitabı var belə
Çalışıb əlləşib gətirdim ələ.
Oxudum oxudum sonrada vardım,
Hər gizli xəzinədən bir dür çıxartdım.

Çocuk kitab yazar layihəsinin Türkiyədəki layihə ortağı şagirdlərimizlə qarşılıqlı məktublaşma da oldu. Bu zaman gözəl anlar yaşadıq. Layihəmiz iyun ayında yekunlaşacaq

"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -
"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -
"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -
"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -
"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -

"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -
"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -
"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -
"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -
"Çocuk Kitap Yazar" layihəsi uğurla davam edir -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1408 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...