Oktay Gülalıyevə baxan tibb işçilərinə maaş verilmir? - AÇIQLAMA

Oktay Gülalıyevə baxan tibb işçilərinə maaş verilmir? -

Hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir:

“Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqqları hər ay ödənilir.

Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir”.

Qeyd edək ki, O.Gülalıyev 2019-cu ilin oktyabrın 29-da yolu keçən zaman avtomobil tərəfindən vurulub.

Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1136 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...