Turizm mövsümünün başlayacağı zaman açıqlandı: Proqnoz ümidvericidir

Turizm mövsümünün başlayacağı zaman açıqlandı:

Avropa ölkələrində turizmin bərpası 2021-ci ilin payız-qış mövsümünə təsadüf edə bilər.

Cebhe.info xəbər verir ki, bu proqnozla avropa Turizm Asossiasiyası çıxış edib.

Qurumun rəhbəri Tom Cenkins bildirib ki, 2021-ci il 2020-ci ildən daha ümidvericidir: "Ola bilsin ki, sentyabrda vəziyyət bir qədər yaxşı olacaq. Oktyabr, noyabrda və hətta qış dönəmində normaya qayıtmağımız mümkün görünür”.

Ekspert bildirib ki, Avropada turizm mövsümünün başlamasna səbəb kimi COVİD-19-a qarşı peyvəndləmə prosesinin genişlənməsi ilə bağlıdır. Bu isə pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına təkan verə bilər.

3 mayda Avropa Komissiyası birlik ölkələrinə səfər zamanı peyvəndlənən səxslərə üstünlük verilməsinin mümkünlüyünü bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...