Koronavirusa yoluxan Ramiz Əzizbəyli infarkt keçirdi - vəziyyəti ağırdır

Koronavirusa yoluxan Ramiz Əzizbəyli infarkt keçirdi -

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib. Bu barədə Modern.az-a sənətçinin ailəsindən məlumat verilib. Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti sabit-ağırdır”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...