Bu gün 11-ci sinfi 84 mindən çox şagird bitirir

Bu gün 11-ci sinfi 84 mindən çox şagird bitirir

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir. Təhsil Nazirliyindən bildirilib ki, onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1020 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...