Danimarka - Belçika matçı 10-cu dəqiqədə dayandırılacaq

Danimarka - Belçika matçı 10-cu dəqiqədə dayandırılacaq
Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırılacaq.

"Report"un məlumatına görə, bu barədə Belçika millisinin hücumçusu Romelu Lukaku "Football Italia" nəşrinə açıqlamasında deyib.

İtaliya "İnter"ində çıxış edən forvard bildirib ki, bu addım qrupun ilk turunun Finlandiya ilə matçında (0:1) huşunu itirərək yerə yıxılan Danimarka yığmasının 10 nömrəli futbolçusu Kristian Eriksenin şərəfinə atılacaq: "Bu zaman azarkeşlər onu alqışlamaq üçün imkan əldə edəcəklər. Sabahkı oyundan sonra Kristiana mesaj göndərəcəyəm. İndi isə ona vaxt vermək lazımdır. Qoy, ailəsi ilə vaxt keçirsin".

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Eriksen Finlandiya ilə matçda ölüm təhlükəsi ilə üz-üzə qalıb. Meydanda ürəyi dayanan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Hazırda xəstəxanada onun müalicəsi davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...