Peyvənd pasportunun tələb olunacağı yerlər çoxalır

Peyvənd pasportunun tələb olunacağı yerlər çoxalır

Təəssüflər olsun ki, vətəndaşlarımız vaksinasiya haqqında deyilən uydurma fikirlərə qulaq asırlar, buna görə pərakəndəlik yaranır.

Gundeminfo.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla cəmiyyətdə vaksinlərə qarşı olan tərəddüdlər haqda danışarkən deyib.

O bildirib ki, insanlarımız arasında antivaksin kampaniyası gedir:

“İnsanlar peyvənd vurdurmaqdan yayınmağa çalışır, amma başa düşmürlər ki, bu, kütləvi təhlükə yarada bilər. Bu günlərdə İngiltərədə xəstələrə evdə xidmət göstərən tibb işçilərinə vaksinasiyanın məcburi olacağı barədə məlumatlar yayılıb. Cəmiyyətlər arasında vaksinasiyaya yanaşmada fərqlər var və bu fərqlər də özünü göstərir”.

Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm isə 18 yaşdan yuxarı hamının vaksin vurdurmalı olduğunu deyib:

“Bu yaşdan yuxarı olan hər kəsə maneəsiz şəkildə peyvənd vurulur. Gələcəkdə peyvənd pasportu bir çox sahədə tələb olunacaq. Azərbaycanda səhiyyə müəssisələrinin işçiləri demək olar ki, tamamilə vaksinasiya olunub. Peyvənd vurdurmayan səhiyyə işçiləri xəstəxanaya buraxılmır, çünki onlar potensial təhlükə mənbəyidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...