DYP bu dövlət qurumunu CƏRİMƏLƏDİ

DYP bu dövlət qurumunu

Dövlət Yol Polisi (DYP) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini cərimələyib.

Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İşə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...