Avtomobil qəzasına düşən Oktay Gülalıyevin vəziyyəti yaxşılaşır - VİDEO

Avtomobil qəzasına düşən Oktay Gülalıyevin vəziyyəti yaxşılaşır -

İki il öncə avtomobil qəzasına düşərək, ağır xəsarət alan hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhətindəki müsbət dinamika davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat paylaşıb.

Görüntülərdən məlum olur ki, Oktay Gülalıyevin vəziyyəti yaxşılaşır.

Xatırladaq ki, 2019-cu il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, Oqtay Gülalıyev vurulub.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, həmin ilin noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...