“Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət edən əsgərlərlə birgə qeyd etdi
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Nar” növbəti dəfə Azərbaycan Ordusuna dəstək olub. Belə ki, mobil operator Müdafiə Nazirliyinin dəstəyi ilə işğaldan azad edilmiş ərazidə yerləşən “N” saylı hərbi hissəyə səfər edib və qalib əsgərlərlə görüşüb. Bundan başqa, “Nar” əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün işğaldan azad edilmiş ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr və kitablar təqdim edib. Məqsəd Vətən keşiyində duran Müzəffər Ordumuzun əsgərlərinə olan hörməti bildirməkdir. Vətənə bağlılıq kimi vəzifələrə hər zaman həssas yanaşan mobil operator əsgərlərimizə mənəvi dəstək göstərməyi özünə borc bilir.
Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş ərazilərdə öz baza stansiyalarını da quraşdırmaqdadır. Artıq Şuşa, Cəbrayıl, Hadrut qəsəbəsi də daxil olmaqla, Xocavənd keyfiyyətli və kəsintisiz şəbəkə ilə əhatə olunub. İşğaldan azad edilmiş ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi mobil operatorun əsas prioritetlərindən biridir.
1559 dəfə oxundu