"Alimlərə heç belə qayğı göstərilməyib" - Deputat jurnalistlərə tikilən binalara görə ETİRAZ ETDİ
"Ölkədə jurnalistlərə iki böyük bina inşa edilərək evlər verilib. Bu jurnalist keyfiyyətini əsla dəyişməyib... Alimlərə heç belə qayğı göstərilməyib".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Etibar Əliyev üçüncüe jurnalist binasının tikilişi ilə bağlı etiraz yazısında bildirib.
Millət vəkili qeyd edib ki, alimlərin bir binasındakı evlərin əksəriyyətini Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər: "İndi deyirlər ki, jurnalistlərə üçüncü bina tikilir. Ay məmləkət, ölkədə qəzet demək olar ki, yoxdur. Cəmi üzdə olan 5-6 sayt var ki, yalnız xəbərlər dərc etməklə məşğuldur və onların əksər rəhbərləri oliqarx olublar".
Etibar Əliyevin sözlərinə görə, analitik yazılar yoxa çıxmaq üzrədir: "Müsahibə götürən jurnalisti sonradan axtarırıq ki, fikirlərimiz təhrif olunub. Əvvəlki binalardan mənzil alanların çoxusu jurnalistikanın daşını çoxdan atıb. Jurnailst adı ilə katibələrə sürücülərə evlər verilib. Bu sənət beləcə ucuzlaşdırılıb. Və bu davam etməkdədir. Belə olan təqdirdə mənzil imitasiyasına son qoymaq olar. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir".
1753 dəfə oxundu