"CNN" vaksin vurdurmayan əməkdaşlarını işdən çıxardı

"CNN" vaksin vurdurmayan əməkdaşlarını işdən çıxardı

ABŞ-ın nüfuzlu mətbuat orqanı “CNN” (Cable News Network) koronavirusa qarşı peyvənd edilmədən ofisə gələn üç işçisi ilə müqavilələrini ləğv edib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, məlumatı “CNN” prezidenti Ceff Zükerin təlimatı ilə telekanalın jurnalisti Oliver Dersi yayıb. O bildirib ki, bu, şirkətin daxili qaydalarına əsasən tələb olunur:
"Keçən həftə öyrəndik ki, üç işçi peyvənd olunmadan ofisə gəlib. Hər üçü işdən azad edildi. Bu mövzuda sıfır tolerantlıq siyasətimiz olduğunu açıq şəkildə bildirmək istəyirəm".
Bundan əlavə, “CNN” prezidenti sentyabrın 7-nə təyin olunan iş saatlarına qayıtmaq planının təxirə salındığını açıqlayıb. İndi kanal rəhbərliyi bunu oktyabrın ortalarında etməyi planlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...