Osmanlı dövrünə aid 782 ədəd qumbara TAPILDI

Osmanlı dövrünə aid 782 ədəd qumbara

Türkiyənin cənub-şərqindəki tarixi ərazilərdə arxeoloji qazıntılar zamanı Birinci Dünya Müharibəsi dövrünə aid olan müxtəlif növdə 782 ədəd əl qumbarası aşkar edilib.

Unikal.org xəbər verir ki, tapıntılar tarixi Sur rayonunda yerləşən Diyarbakır vilayətinin ürəyi kimi tanınan Amida Höyükü adlanan ərazidə qeydə alınıb.

Qazıntılara rəhbərlik edən "Dicle" Universitetinin professoru İrfan Yıldız, komandasının hər gün "yeni sürprizlər" araşdırdığını bildirib:

"İki günlük araşdırmadan sonra bütün döyüş sursatları ortaya çıxarıldı. Silahların Birinci Dünya Müharibəsində həm Osmanlı, həm də Müttəfiq dövlətlər tərəfindən istifadə edildiyi məlum olub".

Hazırda Osmanlı dövrünə aid silah növlərinin polis tərəfindən təhlükəsizləşdirilməsi prosesi gedir. Daha sonra onların muzeydə sərgilənməsinə şərait yaradılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...