Azərbaycan Sambo Federasiyasında yeni baş məşqçilər və vitse-prezidentlər təyin olundu
Azərbaycan Sambo Federasiyasında yeni təyinatlar olub.
Bu barədə Oxu.Az-a federasiyanın prezidenti Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Sambo Federasiyasının böyüklərdən ibarət millimizin baş məşqçisi Bəxtiyar Hacıyevi iki illik, yeniyetmə və gənclərdən ibarət yığmamızın çalışdırıcısı Yaqub Abdullayevi dörd illik cəzalandırmasından sonra, onların yerinə müvəqqəti baş məşqçilər təyin olunub.
Belə ki, bundan sonra böyüklərdən ibarət millimizi yarışlara Vahid Taxrıverdiyev çıxaraq. Yeniyetmə və gənclər millimizdə isə bu postu Rüfət İsmayılov tutacaq.
Həmçinin sambonun növbəti Yay Olimpiya Oyunları – Paris-2024-ün proqramına salınması federasiyanın qadın millimizə baş məşqçi axtarmasına da səbəb olub. Bu isə yerli və ya Ukrayna, Belarus kimi ölkələrdən əcnəbi məşqçi ola bilər.
Bundan başqa, federasiyanın vitse-prezidentlərinin sayı üçdən dördə qaldırılıb. Onlardan biri olan Murad Cəfərov şəxsi işləri ilə əlaqədar tutduğu postu tərk edib. Əvəzində Xaliq Abbasov və Rəşad Məmmədov vitse-prezident təyin olunublar.
Xatırladaq ki, daha əvvəl MMA idmançımız Bəxtiyar Abbasovun döyüş sambosu üzrə millimizə baş məşqçi təyin olunduğunu açıqlamışdıq.
1263 dəfə oxundu