Azərbaycan “Tokio-2020”ni 7 medalla başa vurdu

Azərbaycan “Tokio-2020”ni 7 medalla başa vurdu

Azərbaycan idmançılarının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb.

Modern.az xəbər verir ki, Olimpiadaya 44 idmançı ilə qatılan komandamız 3 gümüş və 4 bürünc medal qazanıb.

Gümüş medalları Azərbaycanın aktivinə karateçilər Rafael Ağayev və İrina Zaretska, həmçinin sərbəst güləşçi Hacı Əliyev yazdırıblar.

Bürünc medallara isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və qadın pəhləvanımız Mariya Stadnik sahib olublar.

Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Atlanta-1996”dan sonra ilk dəfə olimpiadaları qızıl medalsız başa vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...