Şuşada tikiləcək məktəbin layihəsi hazırlanır – 200 minlik müqavilə

Şuşada tikiləcək məktəbin layihəsi hazırlanır –

Şuşada məktəb tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Bununla əlaqədar Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə imzalayıb.

Satınaılma müqaviləsinin maliyyə dəyəri 200 130 AZN-dir.

Şuşada inşa ediləcək 1 saylı orta tam orta məktəbdə 960 şagird təhsil ala biləcək.

Xatırladaq ki, ölkə başçısı may ayında Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...