Oturaq işdə çalışanların bədənində baş verən - Fəsadlar

Oturaq işdə çalışanların bədənində baş verən -
Əsrin yeni, müasir xəstəliyi – hipodinamiyadır. Yəni fiziki aktivliyin azalması, oturaq iş, oturaq həyat, bədənin hərəkətsizliyi.
Oturaq həyat asta-asta, zamanla sağlamlığı öldürür, beyini və bədəni kütləşdirir, xroniki xəstəliklər yaranır, qan dövranı pozulur. İnsan onurğası oturmaq və uzanmaq üçün yox, dayanmaq və gəzmək üçün yaradılıb.


Oturaq işdə çalışanların və evdə gününü keçirənlərin orqanizmində baş verən dəhşətli dəyişikliklər:

1. Pis əhval-ruhiyyə, əsəb, depressiya
Lazımi qədər fiziki aktivliyin olmaması psixoloji, ruhi sferada da mənfi təsirini göstərir. Havasız kabinetlərdə, ofislərdə, evdə saatlarla qalmaq, bədənin eyni vəziyyətdə olması, dizlərin qatlanması, gözün eyni şeylərə baxması, orqanizmdə oksigen çatışmaması beyinin lazimi qədər qidalanmamasına gətirib çıxarır.
Ağciyərlər, beyin. aşağı çanaq orqanlarında qan dövranı pozulur. Bədəndə durğunluq yaranır. BU da getdikcə insanın xasiyyətini belə dəyişir, onu əsəbi, depression vəziyyətə gətirir.

2. Zəif sümüklər, xəstə oynaqlar
Sümüklərdə kalsium və vitamin D üçün insan ofisdə, evdə oturub, qutu-qutu vitamin içməməlidir. İnsan evdən çıxıb günəş altında gəzməli, qaçmalıdır. Oturaq həyat sümükləri əridir.

3. Yuxusuzluq, beyin dumanlanması, yaddaşsızlıq
Açıq havada gəzməyən, təbiətdə çalışmayan insanda daim oksigen aclığı olur, başına qan işləmir. Onun yuxusu az, səthi olur, yuxudan doymur və ya heç yata bilmir. Yuxusuzluq isə müxtəlif psixi və fiziki xəstəliklərə səbəb olur. Hormonal balans pozulur, insan kökəlir, piylənir, intelekti azalır, qocalır, daim gərgin, təşvişli olur.

4. Ürək-damar sistemi zəifləyir
Ürək bir əzələ orqanıdır. Damarlar isə qanı qovmaq üçündür. Hərəkət etməyən insanın ürəyi zəifləyir, qanı yaxşı qovmur, damarları tutulur. Ayaqlarında qan durğunluğu yaranır.

Bütün bunlardan qorunmaq və xilas olmaq üçün günün ən azı 2-3 saatını bədəni aktiv hərəkətə cəlb etmək, işdə də olsa 15 dəqiqə gəzmək, müxtəlif yüngül dartınma hərəkətləri, gimnastika etmək lazımdır.
İnsanın onurğası 3 saat eyni pozada olmamalıdır. O zatən gecə yuxuda 7-8 saat düz uzanır.
Evin içində iş görən, uşağa baxan evdar qadınlar isə mütləq təmiz havada 5000 addım gəzməyi vərdiş etməlidir. Çalışın, vaxtınız olan kimi pilləkən çıxıb qalxın. Filmlərə, instagrama isə meditasiya pozasında, yerdə bardaş quraraq və ya ayaq üstündə baxın.
Belə həyat tərzinə keçsəniz, cəmi 1 ilə çox müsbət dəyişikliklər görəcəksiz.//medicina.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...