Şəhidlər ölməz,Vətən bölünməz.!

Şəhidlər ölməz,Vətən bölünməz.!


Bu gün 25.08.2021-ci il Vətənimizin bölünməzliyi,torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Müdafiə Nazirliyinin müdətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İsmayılzadə Səməndər Vahid oğlunun doğum günüdür. İsmayılzadə Səməndər Vahid oğlu 25.08.1990-cı il tarixində Yevlax rayonunda anadan olmuşdur.Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçmüşdür.44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak etmişdir və Fizuli, Cəbrayı, Xocəvənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.29.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn olunmuşdur.Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda”,“Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid İsmayılzadə Səməndər Vahid oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.
Şəhidlər ölməz,Vətən bölünməz.!
Şəhidlər ölməz,Vətən bölünməz.!

Bundan sonra İcra Hakimiyyətinin rəhbər şəxsləri,rayon ictimaiyyət nümayəndələri,din adamları şəhidin evini ziyarət etmişdir.

Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.Şəhidin doğum gününün televiziya vasitəsi ilə işıqlandırılması təmin edilmişdir.

Şəhidin anası dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...