“Legiya” Mahiri qəhrəman adlandırdı

“Legiya” Mahiri qəhrəman adlandırdı
“Legiya” Mahiri qəhrəman adlandırdı

“Legiya”nın heyətində dubl edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli komandası tərəfindən qəhrəman kimi təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, Polşa komandasının rəsmi sosial şəbəkə hesabında Mahirin fotosu paylaşılaraq qəhrəman (Hero) şərhi yazılıb.
“Legiya” Mahiri qəhrəman adlandırdı

Həmçinin, M. Emreli dünəndən etibarən sosial şəbəkələrin də gündəmini zəbt edib, paylaşım platformalarında ən çox müzakirə olunan şəxs olub.

Qeyd edək ki, həmyerlimiz Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Çexiyanın “Slaviya” klubu ilə keçirilən ev oyununda iki qolla komandasını irəli aparıb.

O, 59 və 70-ci dəqiqələrdə fərqlənib. Mahirin vurduğu qollar Polşa klubunu Avroliqanın qrupuna daşıyıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1097 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...