AYB-nin növbəti qurultayı oktyabrda Şuşada keçirilə bilər

AYB-nin növbəti qurultayı oktyabrda Şuşada keçirilə bilər
Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı bu ilin oktyabrında Şuşada keçirilə bilər.

"Report" xəbər verir ki, belə bir təkliflə Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən AYB sədri, Xalq yazıçısı Anar Prezident İlham Əliyevlə söhbətdə çıxış edib.

Yazıçılar Birliyinin sədri Anar: İstəyirik ki, oktyabr ayında bizim qurultayı burada keçirək.

Prezident İlham Əliyev: Bəli, keçirin.

Anar: Xaricdən də qonaqlar olacaq.

Prezident İlham Əliyev: Yaxşı olar. Yer də var burada keçirmək üçün.

Anar: Çox yaxşı, çox sağ olun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...