Lüksemburq - Azərbaycan oyunu üçün təhlükəsizlik tədbirləri gücləndirilib
Lüksemburq və Azərbaycan milli komandaları arasında keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunu üçün təhlükəsizlik tədbirləri gücləndirilib.
"Report"un məlumatına görə, bu barədə Lüksemburq Futbol Federasiyasının beynəlxalq matçlar üzrə meneceri Erni Deker yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, matçın oynanılacağı Lüksemburq stadionunda 100 mühafizəçi fəaliyyət göstərəcək. Polislər isə stadiondan kənarda asayişi qoruyacaq: "Ümid edirik ki, 2019-cu ildə "Dudelanj" və "Qarabağ" arasında Avropa Liqasının qrup matçı zamanı baş verən insident təkrarlanmayacaq. Polislər bizi hər şeyin ən yaxşı şəkildə ediləcəyinə inandırıb".
Deker koronavirus pandemiyası ilə əlaqədar stadiona cəmi 2 000 azarkeş buraxılacağını söyləyib. Sentyabrın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, "Qarabağ"ın "Dudelanj"a 4:1 hesabı ilə qalib gəldiyi görüşün 30-cu dəqiqəsində "Jozi Bartel" stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra Ağdam komandasının futbolçularının tələbi ilə matç dayandırılıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib və təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. Bundan sonra oyun davam etdirilib.
1037 dəfə oxundu