Koronavirusdan ölən alimin xanımı Baş Prokurorluğa müraciət etdi
Bu il martın 3-də koronavirusdan vəfat edən AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi mərhum Dilavər Əzimlinin həyat yoldaşı, jurnalist Arzu Qaziyeva Respublika Prokurorluğuna müraciət edib.
KONKRET.az xəbər verir ki, A.Qazıyeva deyib ki, ərinin xəstəxanadakı ölümü ilə bağlı apardığı təhlili Respublika Baş Prokuroruna təqdim edərək, ölüm faktı ilə bağlı məsələnin araşdırılmasını və onun ölümündə təqsirli olan şəxslərin müəyyənləşdirilərək, cinayət məsuliyyətinə cəlb olunması barədə tədbirlər görülməsini istəyib.
“Mən ədalətin baş tutmasına köklənmişəm və həkimlərdən fərqli olaraq sonadək getməyi qərarlaşdırmışam”,-deyə jurnalist bildirib.
Xatırladaq ki, Dilavər Əzimli iki aydan çox müddətdə Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxanasında müalicə olunmuş, vəziyyəti ağırlaşandan sonra onu ecmo aparatına qoşmuşdular. Ancaq tarixçi alim həyatla həmişəlik vidalaşmışdı.
Ailəsi onun ölümünü həkimlərin məsuliyyətsizliyinə bağlayaraq, faktla bağlı araşdırma aparıb.
Həyat yoldaşı Arzu Qazıyeva bildirib ki, vakillər vasitəsilə Dilavər Əzimlinin 472 səhifəlik xəstəlik tarixçəsini Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Hospitalından əldə edib.
“O, yüngül vəziyyətdə, gülə-gülə bizdən ayrılaraq ağırlaşma baş verməməsi və vaxt itirmədən müalicə alması üçün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Hospitalının həkimlərinə etibar etdi, lakin…”.
A.Qazıyevanın sözlərinə görə, epikrizdə ərinin xəstəliyinin diaqnozu “İkitərəfli viral sətəlcəm”, ölümünün səbəbi olaraq “Ağciyər funksiyasının korreksiya olunmaması, sepsisemiya, disseminasiya olunmuş intravenoz koaqulopatiya (DIC), hepatorenal-renokardial sindrom, ürək qan dövranı çatmazlığı” göstərilib.
“Epikriz əlbəttə ki, gözəl bəzədilmiş formal bir kağız idi. Özləri elə hesab edirlər ki, heç nə gözdən qaçmayıb. Həkimlər həmişə özləri də öz aralarında etiraf edirlər ki, onlar sənədləri yaxşıca bəzəyib-düzəyirlər. Həmin anda onların özlərinin hansı hisslər keçirdiyini söyləmək çətindir. Məncə, həkimlər “romantik hissləri” hələ institutdan tərgidirlər. Amma nə qədər çalışsalar da mütləq gözdən nəyisə qaçıraraq bir iz buraxırlar. Eynilə kriminal dedektivlərdə olduğu kimi”.
O bildirib ki, xəstəxanada müalicənin ilk günlərində qızıl vaxt itirildiyindən nəticədə, xəstənin periferik qan göstəriciləri pisləşərək normadan kəskin artması və normadan azalması baş verib.
“Əzimli Dilavər Mirzəkişi oğlunun müalicə prosesinin adekvat olmaması, damardaxili tormbozların inkişafının qarşısının vaxtında alınmaması, həmçinin femoral venopunksiya zamanı baş verən yatrogen hal orqanizmdə viremiyanm artmasına, DIC inkişafına, həyati vacib orqanlarda geridönməz proseslərin yaranmasına və nəticədə ölümə gətirib çıxarmışdır”,- jurnalist deyib.
1012 dəfə oxundu