Mehdiyevdən şok: Şuşaya getmərəm... – Video

Mehdiyevdən şok:
Hüquq üzrə beynəlxalq professor Fərhad Mehdiyev tanınmış jurnalist Aynur Talıbovun Yutub kanalına 44 günlük müharibənin başlanması ilə bağlı təəssüratını bölüşüb.

Axar.az xəbər verir ki, F.Mehdiyev cidd-cəhdlə müharibəyə getmək istədiyini, hətta xəstəliklərini hərbi komissarlıqdan gizlətdiyini deyib. Buna baxmayaraq, onu cəbhəyə aparmadıqları üçün təəssüfləndiyini bildirib.

Hüquqşünas deyib ki, Şuşaya təşkil edilən səfərlərə qatılaraq, ora getmək istəmir:

“Çünki o torpağı azad edənlərdən, şəhidlərdən utanaram. Adama deyərlər, sənin nəyin əskikdir, niyə döyüşmədin Şuşa üçün?..

Şuşaya yalnız yollar açılandan sonra, adi qaydada gedə bilərəm”. F.Mehdiyev qardaşının Birinci Qarabağ müharibəsi zamanı şəhadətinə də toxunub, eyni zamanda, müharibəyə gedə bilmədiyinin əvəzini çıxmaq üçün əsgərlərə dəstək kampaniyasına qoşulduğunu bildirib.

Daha ətraflı videoda:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...